Bakıda “Topaz” məntəqələrini talayan şəxs tutuldu
27 noyabr 2015 13:48 (UTC +04:00)

Bakıda “Topaz” məntəqələrini talayan şəxs tutuldu

0

Bakıda oğurluq etdiyinə görə axtarışa verilən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Şəmsəddin Salahova, noyabrın 23-də isə Coşqun Abbasova məxsus “Topaz” mərc oyunları məntəqəsindən məişət əşyaları və 600 manat dəyərində lotoreya oğurlanıb. Oğurluq əməlində şübhəli bilinən Şabran rayon sakini Afiq Əhmədov tutulub.

 

 

Araşdırma aparılır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar