Bakıda “Prado”-dan 9 min manat pul oğurladılar
28 yanvar 2013 11:37 (UTC +04:00)

Bakıda “Prado”-dan 9 min manat pul oğurladılar

Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1951-ci ildə Ağcabədidə anadan olmuş rayon sakini Əliyev Əvəz Cəlil oğlu şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, yanvarın 26-da saat 07:40 radələrində “Toyota Prado” markalı avtomobili evin qarşısında saxladığı vaxt naməlum şəxs maşından oğurluq edib. Maşının qapısının açıq olmasından istifadə edən naməlum şəxs və ya şəxslər ön oturacaqdakı çantadan 9 min manat və Ə.Əliyevə məxsus çoxsaylı sənədləri götürərək qaçıb.

 

Hazırda cinayət əməlinin üstünün açılması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107
avatar

Nizam Rza

Oxşar yazılar