Bakıda “Mercedes”lə  “Mitsubishi Pajero” toqquşub - YENİLƏNİB
13 may 2014 10:46 (UTC +04:00)

Bakıda “Mercedes”lə “Mitsubishi Pajero” toqquşub - YENİLƏNİB

0
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın xəbərinə görə, hadisə paytaxtın Süleyman Rüstəm küçəsində qeydə alınıb.

 

"99 CO 339" dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq, "90 FJ 655 "dövlət nömrə nişanlı “Mitsubishi Pajero” ilə toqquşub.

 

Zərbənin gücündən “Mercedes” bir neçə metr kənardakı bank ofisinə girib. Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Hadisə yerinə yol polisi, eləcə də post patrul xidməti əməkdaşları cəlb olunublar.

 

Faktla bağlı araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1198

Oxşar yazılar