Bir neçə gün əvvəl Bakıdakı mənzillərin birində meyiti tapılmış Şəki rayon sakini Bəxtiyar Əliyevin qətlinin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, bu barədə vesti.az-a Nərimanov rayon Polis İdarəsindən bildirilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, B.Əliyev çoxsaylı bıçaq zərbələri nəticəsində və qanaxmadan dünyasını dəyişib. Hüquq mühafizə orqanlarının ilkin ehtimalına görə, qatil cinsi azlıq nümayəndəsidir. Elə mərhumun da homoseksual olduğu bildirilir.
İlkin ekspertiza nəticəsində o da məlum olub ki, qatil kapron lifli corabı 28 yaşlı Bəxtiyarın ağızına tıxayaraq onu boğub. Daha sonra isə, naməlum şəxs onun ölməyinə əmin olmaq üçün çoxsaylı bıçaq zərbələri endirib.
Hazırda qatilin axtarışı davam etdirilir.