Bakıda “avtoşlar” ağır qəzaya düşdü: yaralılar var
28 dekabr 2012 10:31 (UTC +04:00)

Bakıda “avtoşlar” ağır qəzaya düşdü: yaralılar var

Dekabrın 28-nə keçən gecə Bakı şəhərinin Babək prospektində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 3 saylı şəhər xəstəxanasından verilən məlumata görə, saat 01:50 radələrində 1988-ci il təvəllüdlü Muradov Məhərrəm Aslan oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1990-cı il təvəllüdlü Babayev Cabir Yaşar oğlu, 1992-ci il təvəllüdlü Quliyev Süleyman Ceyhun və 1998-ci il təvəllüdlü Məmmədov Rəhim Hidayət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya gətirilib.

 

Qəzaya uğramış avtomobilin gecə saatlarında “avtoşluq” etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2273

Oxşar yazılar