Bakıda 9 yaşlı oğlanı zorlayana <span style="color:red;">HÖKM OXUNDU
09 fevral 2015 19:35 (UTC +04:00)

Bakıda 9 yaşlı oğlanı zorlayana HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Oqtay Mayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi qapalı prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə O. Mayılov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihamçı-prokuror Oqtay Mayılovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən istəmişdi.

Xatırladaq ki, Oqtay Mayılov ötən ilin yayında Sabunçu qəsəbəsində 9 yaşlı oğlanı Əlini (ad şəri verilib) zorlayıb. Həmin vaxt azyaşlı siqaret çəkirmiş. Oqtay azyaşlını siqaret çəkməsini onun anasına deyəcəyi ilə hədələyib və 9 yaşlı oğlanı gizli yerə apararaq zorlayıb.  

Oqtay Mayılov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə itiham edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 98
avatar

Səlcuq Elçin

Oxşar yazılar