Paytaxtda yenicə doğulmuş uşağı küçəyə atıblar.
Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib. Sulutəpə qəsəbəsində sakinlər R.Allahverdiyev küçəsindən bükülü vəziyyətdə olan atılmış 5-6 günlük oğlan uşağı tapıblar.
Yeni doğulan körpə 1 saylı Körpələr Evinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.