Bakıda 5 gənc oğlan həbs edildi
12 yanvar 2015 10:33 (UTC +04:00)

Bakıda 5 gənc oğlan həbs edildi

Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu RPİ 12 və 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Amil Abışova, Əzim Ovçuyevə, Urşan Quliyevə məxsus VAZ 2107, Arif Məmmədova məxsus VAZ-2106 markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Bakı şəhər sakinləri - 1992-ci il təvəllüdlü Rahədin Məmmədov, 1993-cü il təvəllüdlü Əhliman Səlimov, 1991-ci il təvəllüdlü Hüseyn Quliyev, Biləsuvar rayon sakini 1997-ci il təvəllüdlü Əmrah Əsgərli, Şərur rayon sakini 1996-cı il təvəllüdlü Əmrah Fərəcov tutularaq istintaqa təhvil verilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211

Oxşar yazılar