Bakıda 50 min dollarlıq dələduzluq
Azərbaycanda Gürcüstan vətəndaşı həmyerlisinin 50 min dollarını mənimsəyib.
APA-nın xəbərinə görə, Gürcüstan vətəndaşı Leyla Jenasıhiyo Azərbaycan Baş Prokurorluğuna müraciət edərək bildirib ki, həmyerlisi Rebeka Saktarova Bakıda onun etibarından sui-istifadə edərək 50 min ABŞ dollarını ələ keçirib.
Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.
488