Bakıda 41 yaşlı qadın intihar edib. Lent.az-ın məlumatına görə, Qaradağ rayon Qobustan qəsəbəsində fərdi yaşayış evinin həyətindəki tövlədə 1973-cü il təvəllüdlü İsmayılova Sevinc Ağaəddin qızı özünü yaylığı ilə asaraq intihar edib. 41 yaşlı qadının asılı vəziyyətdə qalmış meyitini övladları görüblər.
Məlumata görə, S.İsmayılova 4 uşaq anası olub. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.