<b>İrandan narkotik maddə gətirən "tacirlər"ə <span style="color:red;">25 İL HƏBS </b>
20 sentyabr 2017 13:23 (UTC +04:00)

İrandan narkotik maddə gətirən "tacirlər"ə 25 İL HƏBS

0

 

 

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mahir Bayraməliyev və Ramin Cabbarovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Mahir Bayraməliyev 14 il Ramin Cabbarov isə 11 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilib. Həmin şəxslər dəfələrlə narkotik maddə alverinə görə həbs ediliblər. Təqsirləndirilənlərə Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddə qanunsuz dövriyyəsində) ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar