Bakıda 44 yaşlı kişini bıçaqlayan şəxsə <span style="color:red;">5 il həbs
24 dekabr 2014 16:39 (UTC +04:00)

Bakıda 44 yaşlı kişini bıçaqlayan şəxsə 5 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlipaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Ə. Məmmədov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, məlum olay bu il iyulun 8-də Şərifzadə küçəsində qeydə alınıb. Abşeron rayon sakini, 1970-ci il təvəllüdlü Elbrus Səfərov yaralı vəziyyətdə Klinik Tibbi Mərkəzə gətirilib. Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 44 yaşlı Elbrus Səfərovu bıçaqlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlipaşa Məmmədov tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15