Bakıda intihar hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi ev 6, mənzil 8 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Cavanşir Sabir oğlu Əsgərov yaşadığı evin hamamında elektrik cərəyanı keçən naqilləri əllərinə dolayaraq özünü öldürüb.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.