Avqustun 6-na keçən gecə Bakı şəhərinin Xətai rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nobel prospektində yaşayan 1971-ci il təvəllüdlü Məmmədov Sakit Eldar oğlu özünü asaraq intihar edib. 42 yaşlı kişinin meyitini ailə üzvləri mənzildə adılı vəziyyətdə tapıblar.
Faktla əlaqədar araşdırmalar aparılır. İntiharın səbəbləri hələlik məlum deyil.