Bakıda 3 uşaq göldə boğulub - YENİLƏNİB
24 iyun 2013 21:02 (UTC +04:00)

Bakıda 3 uşaq göldə boğulub - YENİLƏNİB

Xocasən gölündə batan uşaqların kimliyi müəyyən olunub.

 

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə Xocasən gölündə batanlar Yasamal rayon sakinləri, 2001-ci il təvəllüdlü İbrahim Sadıqov, 2002-ci il təvəllüdlü Rauf Əbilov və 2001-ci il təvəllüdlü Həsən Bədəlovdur. Hər 3 uşağın meyiti FHN-nin xilasediciləri tərəfindən tapılaraq ailələrinə təhvil verilib.

***

19.02

Bakıda 3 uşaq göldə boğulub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə bu gün Xocasən gölündə baş verib. 10-12 yaşında üç uşaq göldə çimərkən batıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

 

Hazırda onların tapılması istiqamətində tədbirlər davam etdirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Oxşar yazılar