Bakıda 3 otaqlı evdə yanğın olub
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 3 otaqlı evin 1 otağının, mətbəxinin, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik ümumi sahəsi 300 m2 olan ikimərtəbəli ev yanğından mühafizə olunub.