İstirahət günlərində Bakıda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 14-də Xəzər rayonunun Türkan qəsəbə sakini, azyaşlı Bahar Nəhmətovanın üstünə qaynar su tökülüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Nəhmətova mayın 18-də orada ölüb. \
Elə həmin gün, yəni mayın 18-də Ramana qəsəbəsi 1-ci mədənin ərazisindəki Elektrik Paylaşdırıcı Qurğusunda elektrik işləyən Bakı şəhər sakini Niyaz Hacıyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
Daha bir bədbəxt hadisə Maştağa qəsəbəndə baş verib. Qəsəbə sakini, azyaşlı Sənan Əliyev "Abşeron" su kanalına yıxılaraq boğulub. S.Əliyevin meyiti sudan çıxarılıb.
Hər bir fakta görə müvafiq orqanlar araşdırmalar aparır.