Bakı şəhərinin Xətai rayonu ərazisində intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, rayon sakini 1975-ci il təvəllüdlü Gerasimovna Nina Vladimirovna özünü yaşadığı çoxmərtəbəli binadan atıb. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Ailəli olan 38 yaşlı N.Gerasimovnanın hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil
Faktla əlaqədar cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.