Bakıda intihar hadisəsi baş verib. Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sahil qəsəbə sakini, 37 yaşlı Laçın Nəcəfov siçan zəhəri içərək özünü zəhərləyib. Xəstəxanaya gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb.