Mayın 7-də Bakıda özünü yandıraraq intihara cəhd etmiş şəxs xəstəxanada ölüb. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi şosesi, döngə 2 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Əliyev Sərvər Ələmdar oğlu həmin gün ağır dərəcəli yanıq xəsarətləri ilə 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 42 yaşlı kişi mayın 11-nə keçən gecə ölüb.
S.Əliyevin 2 uşağı qalıb. Onun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.