Yanvarın 19-na keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ”Hüseyn LTD” MMC-yə məxsus ümumi sahəsi 300 kv.m olan armatur istehsalı sexinin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 03:53-də yanğınsöndürənlər tərəfindən ram edilib.
Oxşar hadisə Bakı şəhərinin Nərimanov rayonunda da qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan damın altında yerləşən, bir-biri ilə arakəsmələrlə ayrılmış ümumi sahəsi 450 kv.m olan qapı pəncərə sexinin içərisində 30 kv.m sahədə hazır taxta məmulatları və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Bitişik olan digər obyektlər yanğından mühafizə olunub.