Bakıda 2 nəfər hamamda çıxılmaz vəziyyətə düşdü
18 aprel 2013 15:42 (UTC +04:00)

Bakıda 2 nəfər hamamda çıxılmaz vəziyyətə düşdü

0

Bu gün Bakıda 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda qapının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər hamam otağında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin hamam otağının qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıb. Bununla da, xilasedicilər tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

 

Əməliyyat saat 13:47-də başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2111

Oxşar yazılar