Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Sərxan Məmmədov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Döş qəfəsindən üç bıçaq yarası alan S.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq təcili cərrahi əməliyyat edilib.
Hadisənin təfərrüatını Sabunçu Rayon Polis İdarəsi araşdırır.