Bakıda 24 yaşlı qadın 9 mərtəbəli binanın damına çıxıb
25 aprel 2014 15:30 (UTC +04:00)

Bakıda 24 yaşlı qadın 9 mərtəbəli binanın damına çıxıb

0

Bakıda 24 yaşlı qadın intihara cəhd edib.


 

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qara Qarayev prospekti 31 A ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb.

 

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Günel Rasim qızı Musayeva intihar etmək məqsədilə özünü binanın damından aşağı atmaq istəyib.

 

Polis əməkdaşları G. Musayevanı fikrindən daşındırıb.

 

Polisdən G. Musayevanın intihara cəhd etməsinə əri ilə aralarında yaranmış şəxsi problemlərinin səbəb olduğu bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1712

Oxşar yazılar