Bakıda Kliniki Tibbi Mərkəzdə 24 yaşlı oğlan dünyasını dəyişib. Nəsimi rayon Polis İdarəsi, 20-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü Ziya Muxtarov qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.
İlkin olaraq bildirilib ki, 24 yaşlı Z.Muxtarov leykoz xəstəliyindən əziyyət çəkirmiş və bu xəstəlikdən dünyasını dəyişib.
Faktla əlaqədar ekspertizalar təyin edilib, araşdırmalar aparılır.