Bakıdakı otellərdən birində xuliqanlıq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, paytaxt sakini, 1993-ci il təvəllüdlü Ramazanova Günay Famil qızı ərizə ilə polisə müraciət edərək bildirib ki, gecə saatlarında Bibiheybət qəsəbəsində yerləşən oteldə tanımadığı şəxs tərəfindən xuliqanlıq zəminində döyülüb.
Şikayətçi onu döyən şəxsin xarakterik əlamətlərini polisə təqdim edib və hadisənin hansı səbəbdən baş verdiyini qeyd etməyib.