222 min manat mənimsəmiş şəxsin işi <span style="color:red;">MƏHKƏMƏDƏ
23 oktyabr 2014 16:20 (UTC +04:00)

222 min manat mənimsəmiş şəxsin işi MƏHKƏMƏDƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Əlican Səfərovun cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı oktyabrın 27-nə təyin edilib.

 

Qeyd edək ki, Əlican Səfərovun qanunsuz hərəkətlərinə dair Bakı Apelyasiya Məhkəməsinin xüsusi qərardadı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaq zamanı Əlican Səfərovun “Polymer-Trade Ltd” şirkətilə “Azərikimya” Dövlət Şirkətinin “Etilen-Polietilen” zavodu arasında bağlanmış müqaviləyə uyğun olaraq alıcı “Polymer-Trade Ltd” şirkətinin məlumatı olmadan şirkətin adından saxta etibarnamə ilə hazırladığı sifariş məktublarından istifadə edərək müxtəlif dövlətlərdə yerləşən şirkətlərə 221 min 450 manat dəyərində 215 ton yüksək təzyiqli polietilen məhsullarının göndərilməsi məlum olub. Onun satılmasını təmin etməklə “Polymer-Trade Ltd”–yə məxsus külli miqdarda əmlakın dələduzluq yolu ilə ələ keçirib.


Əlican Səfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma), 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1133

Oxşar yazılar