Bakıda 21 yaşlı oğlan bıçaqlandı
Nizami rayonunda metronun Qara Qarayev stansiyasının yaxınlığında bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, 21 yaşlı Dəmirli Elşən Gündüz oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Budundan bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
651