Bakı şəhərinin Binəqədi rayonunda faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 7-də Binəqədi rayon Rəsulzadə qəsəbəsi A.Hüseynov küçəsi 45 A ünvanında yaşayan Namazov Nahid Famil oğlu hamam otağında olarkən dəm qazından zəhərlənib. N.Namazov hadisə yerindəcə keçinib.
N.Namazov Bakıdakı univeritetlərdən birində ali təhsil alırmış.
Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.