Bakının Xəzər rayonunda 18 yaşlı qız itkin düşüb. Lent.az-ın “anspress”-ə istinadən verdiyi məlumata görə, bu barədə Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsindən bildirilib.
Qeyd olunub ki, Əfsanə Elxan qızı Nərimanova yanvarın 22-də saat 10:30 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə bölməyə qızın atası Elxan Camalov yanvarın 25-də yazılı məlumat verib.
İtkin düşmüş qızın atası Elxan Camalov bildirib ki, qızı intensiv olaraq kimləsə mobil telefon vasitəsilə danışırmış. “Həmin nömrənin sahibilə mesajlaşırmış. Həmin nömrəni təhqiqatçı Polad Mirzəliyevə vermişəm. Çox xahiş edirəm, qızı görənlər bizə xəbər versinlər” - deyə, Elxan Camalov bildirib.
Məsələ ilə bağlı işi araşdıran təhqiqatçı Polad Mirzəliyev Ans Press-ə açıqlamasında artıq qızın axtarışlarına başlanıldığını bildirib: “Həmin nömrələrlə də əlaqə saxlamışıq. Bakıdakı bütün xəstəxanalara, poliklinikalara, polis bölmələrinə, yol polislərinə və digər qurumlara qızın fotoşəkilləri paylanıb. Qızın tapılması istiqamətində bütün tədbirlər görülüb.