Bu gün Bakı şəhərinin Sabunçu rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, səhər saatlarında Balaxanı qəsəbəsi Araslı küçəsində yaşayan 1996-cı il təvəllüdlü Bayramov Cavid Bahadur oğlu özünü asıb. Onun meyiti yaşadığı mənzildə asılı vəziyyətdə tapılıb.
17 yaşlı oğlanın intihar səbəbi məlum deyil. Faktla əlaqədar cinayət işi başlanılıb.