Bakıda itkin düşmüş iki yeniyetmə qız axtarılır. Lent.az-ın məlumatına görə, Səbail rayon Lomonosov keçəsi ev 8 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Cabbarova Nəzrin Natiq qızı dünən saat 01:30 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları onun xarakterik əlamətlərini polisə bildirib. O da qeyd olunub ki, yeniyetmə qız 134 saylı orta məktəbin 8-ci sinif şagirdidir.
Oxşar hadisə Xətai rayonunda da qeydə alınıb. A.Qurbanov küçəsi 25 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Əfsanə Mirmövsünova aprelin 11-də saat 22 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Yeniyetmə qızın anası onun xarakterik əlamətlərini polisə bildirib.
Hazırda hər iki qızın tapılaraq ailəsinə qaytarılması istiqamətində iş aparılır.