Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bir neçə oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrından cari ilin fevral ayınadək olan müddətdə bir qadının içərisində pul və sənəd olan çantasını, Qaradağ rayon Telefon Qovşağına məxsus 120 metr elektrik naqilini və “Bakı Elektrik Şəbəkə”yə məxsus fasada quraşdırılmış 148 ədəd işıqlandırıcını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elçin Cəlilov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.