Bakıda 13 yaşlı qızı qaçırdılar
25 avqust 2015 10:20 (UTC +04:00)

Bakıda 13 yaşlı qızı qaçırdılar

0
Azərbaycan paytaxtı Bakı şəhərində 13 yaşlı qız qaçırılıb.

 

APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2002-ci il təvəllüdlü H.H. naməlum şəxs tərəfindən “VAZ-2107” markalı avtomobillə qaçırılıb.

 

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, bu barədə polisə qaçırılan qızın anası Ə.H. məlumat verib. Anası polisə verdiyi şikayət ərazisində 13 yaşlı qızının evlənmək məqsədi ilə qaçırıldığını və hüquq-mühafizə orqanlarından qızın tapılaraq evinə qaytarılmasında yardımçı olmalarını xahiş edib.

 

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar