Qohumları polkovnikin evindən 100 min apardı  - YENİLƏNİB
04 iyul 2016 14:53 (UTC +04:00)

Qohumları polkovnikin evindən 100 min apardı - YENİLƏNİB

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlayan şəxslərin ev sahibinin yaxın qohumu olması məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Cahangir Əliyevin evindən 70000 ABŞ dolları, 30000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Kərimov Aqil Sabir oğlu və İsayev Daşdəmir Telman oğlu ev sahibinin bacısı oğullarıdır. Onlar dayılarının evində külli miqdarda pul və qızılın olduğunu müəyyənləşdirdikdən sonra gizli yolla mənzilə daxil olaraq oğurluq ediblər.

 

Bildirilir ki, zərərçəkən Cahangir Əliyevin 78 yaşı var və ehtiyatda olan polkovnikdir.

 

Artıq iyulun 2-də Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tutulan hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib və barələrində cinayət işi başlanıb.

 

***

 

12:46

 

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Cahangir Əliyevin evindən 70000 ABŞ dolları, 30000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tutulub.

 

Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Nizam Rza

Oxşar yazılar