Bakı yollarında inanılmaz tıxac
16 sentyabr 2013 10:24 (UTC +04:00)

Bakı yollarında inanılmaz tıxac

Sentyabrın 16-da səhər saatlarından başlayaraq, Bakının bütün yollarında görünməmiş tıxac yaranıb. Lent.az-ın məlumatına görə, yeni dərs ilinin başlanması ilə əlaqədar avtomobillərin hərəkətində problemlər meydana gəlib.

 

Tətil başa çatdıqdan sonra orta və ali məktəblərə üz tutanlar işə tələsənlərlə birgə yollarda xeyli gözləməli olublar. Tıxaclar şəhərin girişində özünü daha çox büruzə verib. Şimaldan paytaxta daxil olmağa çalışanlar Xırdalan qəbiristanlığına çatmamış “ilişiblər”. Yol boyunca bir neçə avtomobildə nasazlıq yaranıb və bu, hərəkəti daha da iflic edib.

 

Dairəvi yoldan Badamdar istiqaməti üzrə girişdə də tıxac yaranıb. Yalnız Bibiheybətdən paytaxta giriş problemsiz olub. Lakin həmin yolda Lent.az-ın əməkdaşı avtomobil qəzası müşahidə edib. Qəza nəticəsində avtomobil yol kənarındakı dəmir səddə dəyərək, ön hissəsindən məhrum olub. Maşındakılar isə xəsarətsiz ötüşüb. 

 

Qeyd edək ki, yol polisləri tıxacların olduğu yerlərdə gözə dəyməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2433
avatar

Oxşar yazılar