Bakı və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin satrına istinadən verdiyi xəbərə görə, yanğın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 5 m2 sahədə mətbəx mebeli yanıb, yüksək temperaturdan məişət texnikası və lambirindən ibarət tavan 9 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində quraşdırılmış elektrik sayğacları və 3 p.m çıxış kabelləri yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.