<span style="color:red;">Bakı TƏŞVİŞDƏ!  Metroda yanğın oldu: ürəyi gedənlər var - <span style="color:red;">YENİLƏNİB
16 may 2014 09:14 (UTC +04:00)

Bakı TƏŞVİŞDƏ! Metroda yanğın oldu: ürəyi gedənlər var - YENİLƏNİB

9:42

 

Bu gün metronun "Koroğlu" stansiyasında yanğın olub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatarlardan birində güclü tüstülənmə olub. Tüstüələnmə bütün vaqonları bürüyüb. Sərnişinlər təcili olaraq boşaldılıb. Ürəyi gedənlər və tüstüdən zəhərlənənlər var.

 

Bakı Metropolitenindən Lent.az-a bildirilib ki, hadisə saat 08:09-da Həzi Aslanov-Dərnəgül xətti üzrə hərəkət edən qatarda baş verib. Qatar platformaya daxil olarkən 4-cü vaqonda güclü tüstülənmə baş verib. Dərhal qatar enerji qaynağından ayrılıb, sərnişinlər evakuasiya edilib. Metrostansiyaya yanğınsöndürmə və təcili tibbi yardım briqadaları çağırılıb. Yanğının baş verdiyi qatar xətdən çıxarılaraq depoya göndərilib. Hərəkət normal qaydada bərpa edilib.

# 16688
avatar

Nizam Rza

Oxşar yazılar