Bakı şəhər İcra Hakimiyyəti və Metropoliten məhkəməyə verildi
03 may 2014 10:44 (UTC +04:00)

Bakı şəhər İcra Hakimiyyəti və Metropoliten məhkəməyə verildi

0

Vətəndaşlar tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni ilə bağlı məhkəməyə müraciət olunub. Bu barədə Lent.az-a 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən məlumat verilib. Belə ki Mahir Əzizov adlı vətəndaş Bakı şəhər və Nəsimi rayon İcra Hakimiyyətlərini zərərin ödənilməsi ilə bağlı məhkəməyə verib. Həmçinin, Niyazi Məmmədli adlı vətəndaş da maddi ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə üz tutub. N. Məmmədlinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə verdiyi qurum Bakı Şəhər İH-dir.

 

Bakı Metropoliteni də məhkəməyə verilən dövlət qurumları sırasındadır. Adıçəkilən qurumdan  öhdəliyin icrası tələb olunur. Metropoliteni məhkəməyə verən şəxs isə Xalid Bağırovdur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1269

Oxşar yazılar