Bakı sakini iki nəfəri bıçaqlayıb qaçdı
28 dekabr 2012 13:17 (UTC +04:00)

Bakı sakini iki nəfəri bıçaqlayıb qaçdı

Bakı şəhərində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saat 18.10 radələrində Yasamal rayonu ərazisində, Bakı şəhər sakini Zahir Bayramov münaqişə zəminində həmyerliləri Zəfər Məmmədova və Həsən Bağırova bıçaqla xəsarət yetirib. Z.Bayramov daha sonra hadisə yerindən qaçıb.

 

Əməliyyat-axtarış tədbirləri Yasamal RPİ tərəfindən aparılır. Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1394

Oxşar yazılar