Bakı sakini əcnəbi vətəndaşla birgə tutuldu
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z.Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görülmüş tədbirlərlə Z.Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.
683