Bu gün saat 13 radələrində Bakı Metropoliteninin “Nizami” stansiyasında bədbəxt hadisə baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, metronun platformasına düşən eskalatorda 3-4 yaşlı oğlan uşaq yıxılıb və ciddi xəsarət alıb. Məlumata görə, eskalator platformaya enərkən azyaşlı özünü itirib və yıxılıb. Onun əli eskalatorun fırlanaraq yerini dəyişən pilləkənlərin arasında qalıb. Eskalatorların hərəkətinə nəzarət edən növbətçi qadın dərhal hərəkəti dayandırıb. Azyaşlının dəmir pilləkənlər arasında qan işində qalmış əli çıxarılıb və o dərhal tibbi məntəqəsinə aparılıb.
Bakı Metropoliteninin Mühafizəsi Üzrə Polis Şöbəsindən bildirilib ki, hadisə polis tərəfindən qeydiyyata götürülməyib.