Bakı Avtovağzalında qadına qarşı cinayət törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Gəncə şəhər sakini Sima Quliyevaya məxsus içərisində 28 manatı və mobil telefonu olan çantanı açıq talama yolu ilə alınıb. Binəqədi polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Rabil Süleymanov tutulub.
Faktla bağlı araşdırma aparılır.