Bakı-Quba yolunda iki avtomaşın toqquşub, 78 yaşlı kişi xəsarət alıb
22 iyul 2019 00:20 (UTC +04:00)

Bakı-Quba yolunda iki avtomaşın toqquşub, 78 yaşlı kişi xəsarət alıb

0

 

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Şabranın Şahnəzərli kəndi ərazisindən keçən hissəsində baş verib.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1941-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Əhəd Saleh oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar