Bakı-Quba magistral avtomobil yolunda "Howo" və "Shacman" markalı yük avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə FHN-nin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Sumqayıt Regional Mərkəzinin xilasediciləri "Howo" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:20-də başa çatıb.