Bakı-Qazax yolunda yük maşını aşıb
01 mart 2015 18:53 (UTC +04:00)

Bakı-Qazax yolunda yük maşını aşıb

0

Bakı-Qazax magistralında avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Bugün saat 17:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır tonnajlı yük avtomobili yolun hərəkət hissəsində aşıb.

Lent.az-ın Kəpəz TV-yə istinadan məlumatına görə, ölən və xəsarət alan olmasa da avtomobilin yük hissəsində olan taxta materiallar yola tökülüb.

Bu səbəbdən də magistralda avtomobillərin hərəkətində problem yaranıb.
Hazırda yol polisi əməkdaşları hərəkəti bərpa etmək üçün tədbirlər görürlər.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar