APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 326-cı kilometrliyində “TIR” markalı yük avtomobili idarəetməni itirərək, qarışısında hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, ağır deformasiyaya uğramış “TIR” markalı yük avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Hasan Ayan İsmət oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Xilasedicilər H.Ayanın cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.