Bakı-Balakən sərnişin qatarında kütləvi zəhərlənmə hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, qatarın bələdçisi işləyən Xədicə İbrahimova və sərnişin Zaur Mehdiyev dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Bundan başqa Nizami (Gəncə) rayon sakini Rahilə Həsənova, Sumqayıt şəhər sakinləri Məsim Hacıyev, Ümidə Məmmədova, Əli İbrahimov, Adil Bəyalıyev, Rövşən Əliyev, Güldəstə Qasımova və Abşeron rayon sakini Nuranə İsmayılova evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.
Hər bir fakt üzrə müvafiq orqanlarda araşdırma aparılır.