Baker Tilly rəqibini “udur”
29 avqust 2013 10:25 (UTC +04:00)

Baker Tilly rəqibini “udur”

Audit və biznes məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən Baker Tilly UK şirkəti regionda əsas rəqiblərindən sayılan RSM Tenon Qrupu əməliyyatlarını satın almaq haqqında razılaşma əldə etmişdir.

RSM Tenon Qrupu Plc. şirkətini bu addımı atmağa vadar edən səbəb Lloyds Bankinq Qrupuna olan borc öhdəliklərini yerinə yetirə bilməməsi və nəticədə kreditorun təkidi ilə şirkətin satılması haqqında qərar qəbul edilməsi olmuşdur. Maliyyə nöqteyi- nəzərindən RSM Tenon səhmdarları bu alqı-satqı əməliyyatından heç bir vəsait əldə etməyəcək, əvəzində RSM Tenon Plc. şirkətinin Lloyds qarşısında olan borc öhdəliyinin bir qismi ödəniləcəkdir. Bu satınalma nəticəsində Baker Tilly şirkəti audit, mühasibatlıq və başqa peşəkar xidmətlər üzrə əməliyyatlarını və insan resursları bazasını daha da genişləndirmiş və gücləndirmiş olacaq.

Baker Tilly International şəbəkəsinin Prezidenti Geoff Barnes müsahibəsində bildirmişdir ki, - “Bu qərarRSM Tenon şirkətinin müştəriləri və işçiləri üçün müsbət nəticələr vəd edir.Çünki şirkətlərin güclərini birləşdirməsi sayəsində təklif edilən xidmətlərin həcmi və səviyyəsi artacaq, eləcə də, yeni iş imkanları yaradacaqdır.”

 

Əlavə informasiya kimi aşağıdakı linkdən də məlumat ala bilərsiniz:

http://www.theguardian.com/business/2013/aug/22/baker-tilly-buys-rsm-tenon-administrators

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar