Bahar Muradova: “Siyasi iradə, cəsarət lazımdır”
28 fevral 2013 13:48 (UTC +04:00)

Bahar Muradova: “Siyasi iradə, cəsarət lazımdır”

“Problemlərin həllində artıq beynəlxalq hüquq normaları deyil, müəyyən beynəlxalq güclərin mövqeyi əsas rol oynayır. Bu, reallıqdır və bundan heç kəs qaça bilməz. Doğrudur, həmin dairələr çalışırlar ki, öz mövqelərini beynəlxalq hüququn çərçivələrinə salaraq ona qanuni don geyindirsinlər”. Lent.az-ın məlumatına görə, bunu yap.org.az-a müsahibəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki,  həm siyasi, həm hərbi, həm də iqtisadi gücün kimlərdə üstünlük təşkil etdiyini hər kəs bilir: “Onlar məsələləri istədikləri istiqamətə yönəltmək və istədikləri qərarları almaq üçün çox geniş imkanlara malikdirlər. Bu, məsələnin subyektiv tərəfidir. Amma obyektiv olan budur ki, ATƏT-in timsalında 1975-ci ildən bu yana dünyada çox şey dəyişib. Görünür, o zamankı standartlar çərçivəsindən məsələlərə yanaşmaq bu gün yaramır. Amma beynəlxalq hüquqda dəyişməyən prinsiplər də olmalıdır. Ölkələrin ərazi bütövlüyü, suverenliyi, dövlətlərin bir-birinin daxili işinə qarşımaması və s. dəyişməz prinsiplər olaraq qalmalıdır”-deyə, B. Muradova əlavə edib.

 
Vitse-spikerin sözlərinə görə, “Helsinki-40”-a doğru gedən müzakirələrdə də səslənir ki, ATƏT-in prioritet prinsipləri qorunmalıdır. Amma bu prinsiplərin hazırki şəraitdə necə həyata keçirilməsi yolları tapılmalıdır: “Bu imkanlar var, amma sadəcə, siyasi iradə, konkret mövqe və cəsarət lazımdır ki, dünyanı təhdid edən təhlükələrdən vaxtında qurtulmaq mümkün olsun. Bizim də bir ölkə olaraq işimiz yalnız bu təşkilatları tənqid etmək yox, eyni zamanda bərabərhüquqlu üzv kimi onları içəridən dəyişməyə yönəlmiş fəaliyyətdə iştirak etmək olmalıdır və biz də buna çalışırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938
avatar

Oxşar yazılar